EN

“Bir nazik yayma yayırdım ki, gəl görəsən...” - Nura Suri

  Müğənni Nura Suri sosial şəbəkə hesabında keçmiş illərlə bağlı nostalji dolu paylaşım edib.

Referans.az xəbər verir ki, o, vaxtilə Sovetski məhəlləsində Novruz bayramına hazırlıq prosesinin necə mehriban və birlik ruhunda keçdiyini xatırladıb:

"Əvvəllər insanlar necə mehriban idilər. Sovetski məhləsində Novruz bayramına hazırlıq hər gün hansısa qonşunun evində bişirdiklərinə köməklə başlayırdı. Bu gün yığışıb qoğal, paxlava, şəkərbura bişirərkən bir qonşuya kömək edirdik, sabah bizdə eyni şeyi qonşular edirdi, o biri gün isə digərləri. Hamı da öz evində bişirdiyindən bir-birinə pay göndərirdi".

Nura Suri ailəsinin daha sonra 8-ci mikrorayona köçdüyünü və orada da oxşar mehriban qonşuluq münasibətlərinin hökm sürdüyünü bildirib:

"Hətta yaz və yay fəsillərində gündüzlər qonşular qapını açıq qoyur, pərdə asırdılar. Qonşunun evinə girib-çıxmaq, öz evimizə girdiyimiz kimi idi. Necə gözəl günlər idi! Hamı etibarlı idi və etibar etməyi bacarırdı".

Müğənni həmçinin uşaqlıq xatirələrini bölüşərək, nənəsi tərəfindən böyüdüyünü və buna görə də kiçik yaşlarından bayram şirniyyatlarının hazırlanmasında ustalaşdığını vurğulayıb:

"Məni nənəm böyüdüb, buna görə də 11 yaşımdan namnazik yayma yayırdım ki gəl görəsən. O vaxt dayımın yoldaşı təzə gəlin gəlmişdi, xəmir aça bilmirdi heç. Bir də şəkərbura bəzəyirdim"

Müğənninin bu paylaşımı izləyiciləri tərəfindən nostalji hisslərlə qarşılanıb. Bir çoxları keçmişdəki mehriban qonşuluq münasibətlərini xatırlayaraq, o günlərin dəyərlərini vurğulayıblar.(Yenisabah.az)


Chosen
44
2
referans.az

3Sources