EN

Azərbaycanda özəl pensiya fondlarının yaradılması ilə bağlı işlər hansı mərhələdədir?

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin 22.07.2022-ci il tarixliSərəncamı əsasında təsdiqlənmiş “Azərbaycan Respublikasının2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”(Strategiya) üzrə “Pensiyaçıların sosial müdafiəsiningücləndirilməsi üçün pensiya təminatı sisteminintəkmilləşdirilməsi” tədbiri müəyyən edilmişdir. Qeyd edilən tədbirçərçivəsində əsas icraçı qismində Azərbaycan Respublikasının Əməkvə Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər icraçılar qismindəAzərbaycan Respublikasının Maliyyə Nazirliyi, AzərbaycanRespublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan RespublikasınınMərkəzi Bankı (Mərkəzi Bank) və Azərbaycan Respublikasının ƏdliyyəNazirliyi qeyd edilmişdir.

Bu sözləri Trendmüsahibəsində Mərkəzi Bankın baş direktoru ŞahinMahmudzadə deyib.

O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən beynəlxalq təcrübələr, o cümlədən Rumıniya, Polşa,Fransa, Xorvatiya, Türkiyə və bir sıra digər ölkələrin təcrübəsiöyrənilib və bunun əsasında pensiya fondlarının fəaliyyətinə dairilkin qanunvericilik layihələri hazırlanıb: “Nəzərinizə çatdırırıqki, ölkədə effektiv qeyri-dövlət pensiya sisteminin qurulması vəişlərin operativ qaydada aparılmasının təmin edilməsi məqsədiləMərkəzi Bankın da iştirakı ilə qurumlararası müzakirələraparılmaqdadır. Eyni zamanda, yuxarıda qeyd olunan məqsədə nailolunmasına töhfə vermək üçün dövlət qurumları, Mərkəzi Bank vəAzərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndələri dəqarşılıqlı fəaliyyət göstərirlər.

Hazırda Strategiyadan irəli gələn bir sıra məsələlərin, ocümlədən ilkin qanunvericilik layihələrinin təkmilləşdirilməsiistiqamətində işlər davam etdirilir”.

“Ümumilikdə, özəl pensiya fondlarının qurulması ölkədəinvestisiya mühitinin təkmilləşdirilməsinə, yeni maliyyəinstitutlarının formalaşdırılmasına, uzunmüddətli maliyyəalətlərinin formalaşdırılmasına və maliyyə bazarlarınındərinləşməsinə şərait yaradılmasına imkan verməklə yanaşı, əhalininsosial sığorta münasibətləri çərçivəsində pensiya yaşına çatmazdanəvvəl maliyyə təminatını möhkəmləndirməyə, sosial rifahınınartırılmasına, sağlamlığına və ya maddi təminatına dair yaranabiləcək çətinliklərin vaxtından əvvəl aradan qaldırılmasına müsbəttəsir göstərəcək”, - deyə Mərkəzi Bankın baş direktoru qeydedib.

Chosen
19
6
az.trend.az

7Sources