EN

Evdəki nəm və kifi dərhal yox edir - 3 sadə və təsirli üsul

Evdəki nəm və kifi dərhal yox edir -

Evlərdə rütubət və kif problemləri təkcə quruluşa zərər vermir, həm də sağlamlığa ciddi təhlükə yaradır. Xüsusilə qış aylarında pəncərələrdə toplanan buxar divarlarda kif əmələ gəlməsinə səbəb olur ki, bu da həm vizual, həm də sağlamlıq baxımından böyük problemə çevrilir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu problemi aradan qaldırmaq üçün bəzi sadə və təbii üsullar var. Evdəki həddindən artıq nəmə nəzarət etmək üçün istifadə edilə bilən ən təsirli və təbii materiallardan bəziləri duz, düyü və pişik qumudur.

Pəncərəyə qoyulmuş sadə bir qab bu vəziyyətin əhəmiyyətli dərəcədə qarşısını almağa kömək edir. Duz tez bir zamanda havadakı nəmi udur, ətrafı qurudur və nəmin divarlara yayılmasının qarşısını alır. Düyü də eyni şəkildə nəmi udur və evdə havanın keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Xüsusilə hamam və mətbəx kimi rütubətli yerlərdə pişik qumu son dərəcə təsirli bir həll yolu kimi seçilir.

Bu təbii inqrediyentləri bir qaba qoymaq və pəncərəyə qoymaq evdə rütubəti azaltmaq üçün sadə, lakin təsirli bir üsuldur. Beləliklə, pəncərələrdən gələn buxarın divarlara yayılmasının qarşısını ala və kif əmələ gəlməsinin qarşısını ala bilərsiniz. Eyni zamanda evdə rütubət səviyyəsini lazımi səviyyədə saxlamaq sağlam yaşayış sahəsi üçün çox vacibdir.

Mütəxəssislər bildirirlər ki, evdə rütubət səviyyəsi ideal olaraq 40-60 faiz arasında olmalıdır, yüksək rütubət isə pəncərələrdə su damcılarının yığılmasına və divarlarda kif ləkələrinin əmələ gəlməsinə səbəb olur. Aşağı rütubət tənəffüs yollarında quruluq və narahatlığa səbəb ola bilər. Xüsusilə səhər və axşam pəncərələri açıb evin havalandırılması, artıq nəmin çıxarılmasını asanlaşdırır. Bu proses otaqlarda hava dövranını artırır və nəm yığılmasının qarşısını alır. Digər tərəfdən, evinizin düzgün qızdırılması da nəm probleminin həllində böyük rol oynayır. Aşağı temperaturda uzun müddətli istilik temperaturun qəfil dəyişməsindən daha təsirli olur.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Chosen
12
e-saglam.az

1Sources