EN

Bakının bir hissəsində qaz sızması aşkarlandı - Bu ərazilərdə qaz kəsildi

Bakının Səbail rayonunda yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə "Bakuinfo"ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.

Səbail rayonunun Badamdar qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Chosen
102
27
bakuinfo.net

10Sources