EN

Zəncəfillə qatıq yeyib arıqlamaq istəyən şəxsin ölüm SƏBƏBİ BİLİNDİ – YENİLƏNDİ

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edərək vəfat edən Siyəzən sakininə “Digər xoralı kolitlər” diaqnozu təyin edilibmiş.

KONKRET.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Fevralın 24-də saat 10:33-də qida zəhərlənməsi şübhəsi ilə bir nəfər (kişi cinsli) Siyəzən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib. 1987-ci il təvəllüdlü şəxsə “Digər xoralı kolitlər” diaqnozu təyin edilib. Zəruri tibbi xidmətlər göstərildikdən sonra xəstə Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub”, – məlumatda qeyd olunub.

***

Arıqlamaq məqsədilə təbabət üsulundan istifadə edən Siyəzən sakini qəfil vəfat edib.

KONKRET.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, rayon sakini olan Seymur Səmədov səhhətində yaranan problem səbəbindən həyatını itirib.

Yaxınları bildiriblər ki, 1987-ci il təvəllüdlü Seymur arıqlamaq məqsədilə bir ay imiş, zəncəfilli qatıq yeyirmiş. Onun son həftələrdə 36 kq çəki itirdiyi bildirilir.

İlkin məlumata görə, bu onun səhhətində problem yaradıb və qəfil ölümünə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Arıqlamaq

 

Chosen
115
10
konkret.az

10Sources