Tanınmış aparıcı Zaur Kamalın "Mercedes-Benz G63" markalı lüks avtomobili son günlər sosial şəbəkələrdə diqqət mərkəzinə çevrilib.
Avtosfer.az news24.az-a istinadən xəbər verir ki, videoda aparıcının bahalı avtomobili ilə görüntülənməsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Aparıcının 10 VL 101 dövlət nömrə nişanlı avtomobili öz güclü mühərriki və dəbdəbəli dizaynı ilə seçilir. Zaur Kamalın yeni avtomobili ilə bağlı izləyicilər müxtəlif fikirlər səsləndiriblər.
Qeyd edək ki, Azərbaycanda 2024-cü il istehsalı olan yeni "Mercedes G63 AMG" modellərinin qiymətləri təxminən 298,000 ABŞ dollarından (təxminən 506,600 AZN) başlayır. Bu avtomobillərin qiyməti istehsal ilinə görə dəyişir.