EN

2030-cu ildə Ramazan ayı iki dəfə qeyd olunacaq

2030-cu il müsəlman dünyasında nadir bir hadisə ilə yadda qalacaq.

Modern.az xÉ™bÉ™r verir ki, hÉ™min il Ramazan ayı iki dÉ™fÉ™ – yanvar vÉ™ dekabr aylarında qeyd olunacaq. Bunun É™sas sÉ™bÉ™bi hicri tÉ™qvimin günəş tÉ™qvimindÉ™n daha qısa olmasıdır.

Ay təqviminə əsaslanan hicri ili günəş ili ilə müqayisədə təxminən 10-11 gün daha qısadır. Nəticədə, Ramazan hər il bir qədər irəliləyir və təxminən hər 33 ildə bir dəfə eyni il ərzində iki dəfə yaşanır. 2030-cu ildə ilk Ramazan 5 yanvar - 3 fevral, ikinci Ramazan isə 26 dekabr - 24 yanvar 2031 tarixlərinə təsadüf edəcək. Bu o deməkdir ki, müsəlmanlar həmin il iki dəfə oruc tutacaq .

İslam tarixində bu hadisə nadir hallarda baş verir və müsəlmanlar üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Din xadimləri bu vəziyyətin müsəlmanlar üçün sınaq və savab qazanmaq üçün böyük fürsət olduğunu bildirirlər.

İki dəfə oruc tutmaqla bağlı fərqli fikirlər mövcuddur. Bəzi insanlar bunu çətin sınaq kimi görsə də, bir çoxları üçün bu, mənəvi cəhətdən daha çox ibadət etmək imkanı yaradır.

 

Chosen
35
11
modern.az

10Sources