EN

Süleymanlı "Aeroflot Open"in son turunda qalib gəlib

Moskvada "Aeroflot Open" beynəlxalq şahmat turniri başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı sonuncu - 9-cu turda rusiyalı İvan Rozuma qalib gəlib.

Qələbə qrossmeysterimizə 5,5 xal toplayaraq yarışı 36-cı pillədə başa vurmağa imkan verib.

Digər təmsilçimiz Rəvan Əliyev isə Dmitri Rostovtsev (Rusiya) ilə heç-heçə sayəsində xalını 4-ə çatdırıb və 90-cı yerdə qərarlaşıb.

Dünya tacı uğrunda görüşlərin ikiqat iştirakçısı Yan Nepomnyaşi 7 xalla "Aeroflot Open"in qalibi olub.

İdman.biz

Chosen
59
idman.biz

1Sources