EN

UNEC-də inklüziv tədbir: “Bu dəfə Analar danışacaq”

Bakı. Trend:

UNEC İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı və UNEC TələbəHəmkarlar Komitəsinin dəstəyi ilə 8 Mart Beynəlxalq Qadınlar Günümünasibətilə “Bu dəfə Analar danışacaq” adlı tədbir keçirilib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilovatədbirin açılışını etdikdən sonra, İnklüziv Təhsil Mərkəzinindirektoru Sevinc Məhsimova tədbir barədə məlumat verib. Bildiribki, tədbirin əsas məqsədi əlilliyi olan tələbələrin analarınınyaşadıqları çətinlikləri və övladlarının qazandıqları uğurlarıbölüşmələrinə imkan yaratmaqdır. Əlilliyi olan şəxslərin təhsilə vəcəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlardan söz açanS.Məhsimova UNEC-də inklüziv təhsil sahəsində nümunəvi modelintətbiq edildiyini diqqətə çatdırıb. O, əlilliyi olan gənclərinUNEC-in bütün təhsil, eləcə də sosial imkanlarından bərabərhüquqluistifadə etməsi üçün bütün imkanların yaradıldığını vəinfrastrukturun təmin edildiyini bildirib.

Sonra tədbirdə iştirak edən analar övladları ilə birlikdəkeçdikləri çətinliklərdən danışıblar, qarşılaşdıqları maneələriaşmağın yolları barədə həyat təcrübələrini bölüşüblər.

Tədbirdə iştirak edən AR Əmək və Sosial Müdafiə Nazirliyininnəzdində Sosial Xidmətlər Agentliyinin departament rəhbəri TünzaləVerdiyeva, “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin sədri AzadəMəmmədova, “Zəfər” İB sədri Pərvanə Salmanqızı, terapevt vəosteopat Elfanə Süleymanova və digər qonaqlar tədbirin əhəmiyyətinivurğulayaraq, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasınıntəşviq edilməsinin vacibliyini bildiriblər. Onlar həmçinin belətədbirlərin ictimaiyyətin diqqətini bu sahəyə yönəltmək və təhsilimkanlarının hər kəs üçün bərabər olmasını təmin etmək baxımındanmüstəsna rol oynadığını ifadə ediblər.

Tədbirin bədii hissəsi UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin və“Bacarıqlı Əllər” İctimai Birliyinin hazırladıqları proqramla davamedib.

Məqalədə:
Chosen
72
7
az.trend.az

6Sources