EN

"İran bu baxımdan, hətta, İğdır-Naxçıvan borusunun istifadəyə verilməsini alqışlaya bilər" - DEPUTAT

"İran bu baxımdan, hətta, İğdır-Naxçıvan borusunun istifadəyə verilməsini alqışlaya bilər" - DEPUTAT"Naxçıvan Muxtar Respublikasına Azərbaycan qazı İranın üzərindən daşınırdı və nəticə etibarı ilə bu bir xətt idi. Adətən, biz enerji təhlükəsizliyi konsepsiyasından irəli gələrək bir çox məsələlər münasibət bildirərkən, eyni zamanda bu təchizat borularının sayının daha çox və alternativlər üzərində olması təchiz olunan əraziyə daşınan qazın daha etibarlı, sabit daşınmağı üçün olduqca vacib elementlərdən biridir. Nəticə etibarı ilə bu gün Naxçıvan Muxtar Respublikasına daşınan Azərbaycan qazının ikinci xətti istifadəyə verildi. Cənab Prezident İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə İğdır-Naxçıvan qaz kəmərinin istifayə verilməsi ilə bağlı Ankarada təşkil olunmuş mərasimdə iştrak etdilər. Yəni, bu artıq ikinci xəttin istifadəyə verilməsi deməkdir. Qeyd etdiyim kimi, enerji təhlükəsizliyi nöqteyi-nəzərdən qaz kəmərlərinin daha dayanıqlı şəkildə realizə olunması üçün bu alternativlərə ehtiyac var".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Azər Allahverənov danışıb.

O, açıqlamasında qeyd edib ki, ikinci xəttin istifadəyə verilməsi sonrakı mərhələdə İran üzərindən daşınan qazın tranzit qiymətinin aşağı salınmasına gətirib çıxara bilər:

"O ki, qaldı ikinci qaz xəttinin çəkilməsinin İranla Azərbaycan münasibətlərinə necə təsir etməyinə, belə hesab edirəm ki, təbii olaraq İran maraqlı olar ki, qaz təkcə onun üzərindən getsin. Çünki, bu iqtisadi cəhətdən onun üçün faydalıdır. İkinci xəttin istifadəyə verilməsi sonrakı mərhələdə İran üzərindən daşınan qazın tranzit qiymətinin aşağı salınmasına gətirib çıxara bilər. Hətta, bu baxımdan biz Naxçıvan Muxtar Respublikasına daşınan qazın daha ucuz başa gəlməsinə nail ola bilərik. Onu da qeyd edib ki, bu gün Azərbaycan qazı İğdır-Naxçıvan istiqamətində Naxçıvana daşınır və yaxın zamanlarda Zəngəzur dəhlizinin açılması tam reallaşarsa, bu təkcə avtomobil və dəmir yolu deyil, eyni zamanda, sözügedən dəhliz üzərindən kommunikasiya xətlərinin çəkilməsi, o cümlədən də qaz, neft ixracı və digər məslələr də öz həllini tapa bilər ki, bu da sonrakı mərhələdə indi açılmış qaz kəmərinin əks istiqamətdə gətirib çıxara bilər. Bu haldan İran da faydalana biləcək. Belə ki, İran qazının həmin dəhliz üzərindən Naxçıvan-İğdır istiqamətində Avropa istiqamətinə daşınmasına nail ola bilər. Yəni, İranın bundan əldə edəcəyi qazanc, hətta, Azərbaycan qazının bu gün onun ərazisinə tranzit olaraq Naxçıvan istiqamətinə daşınmasından qat-qat daha gəlirlidir. İran bu baxımdan, hətta, düşünürəm ki, İğdır-Naxçıvan borusunun istifadəyə verilməsini alqışlaya bilər. Çünki gələcəkdə Zəngəzur dəhlizinin açılması İranın da bundan faydalanması üçün geniş imkanlar yaratmış olur".

Vüsalə İbrahimli

Chosen
44
sonxeber.az

1Sources