EN

D-8 ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində rəqəmsallaşma və digər məsələlər müzakirə olunub

Bakı. Trend:

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov İnkişafetməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8)Baş katibi İsiaka Abdulqadir İmamın rəhbərlik etdiyi nümayəndəheyəti ilə görüşüb.

Bu barədə Trend-ə KəndTəsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərovölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlar, aqrarinkişaf strategiyasının əsas istiqamətləri, həyata keçiriləninnovativ layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Görüşdə təşkilata üzv ölkələrlə aqrar sahədə əməkdaşlığın mövcudvəziyyəti, gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirəolunub. Tərəflər aqrar sahədə əməkdaşlıq və hüquq-müqaviləbazasının gücləndirilməsi, kənd təsərrüfatı və qida məhsullarınınticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı sahəsindərəqəmsallaşma, innovativ texnologiya və həllərin tətbiqi, aqrarsahənin dayanıqlı inkişafının təmin edilməsi, bu sahədə ən müasirtexnologiyaların transferi məsələləri ilə bağlı fikir mübadiləsiaparıblar.

Görüş zamanı aqrar sahədə qarşılıqlı əlaqələringenişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.Tərəflər kənd təsərrüfatı sahəsində Azərbaycanla əməkdaşlığıngenişləndirilməsində maraqlı olduqlarını, bu formatda tədbir vəgörüşlərin keçirilməsinin vacib olduğunu qeyd ediblər.

Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikirmübadiləsi aparılıb.

Chosen
33
5
az.trend.az

6Sources