EN

Putin və Tokayev enerji və ticarət sahələrində birgə layihələri müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“İkitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı bəzi cari məsələlər, o cümlədən ticarət-iqtisadi və enerji sahələrində birgə layihələrin həyata keçirilməsi müzakirə edilib”, – məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, layihələr “ Putinin 2024-cü ilin noyabrında Qazaxıstana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar” çərçivəsində həyata keçirilir.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə Rusiya lideri Vladimir Putinə salamlarını çatdırıb.

DOĞRU.AZ

Chosen
60
dogru.az

1Sources