Belə ki, Laçın İcra Hakimiyyəti Qayğı qəsəbəsində abadlıq işləri, qəsəbə daxili yolların cari təmirini, qəsəbə daxili işıqlandırmanı həyata keçirəcək. Bu işlərin ümumi dəyəri 696 min 170 manat təşkil edir ki, bununla əlaqədar “AVTOYOLTIKINTISERVIS” MMC ilə müqavilə imzalanıb.
Qeyd edək ki,sözügedən MMC-nin qanuni təmsilçisi Ramin Adil oğlu Məmmədovdur.
Bura qədər hər şey qaydasındadır. Laçın İcra Hakimiyyəti tender keçirib, iştirakçı şirkətlərdən biri də prosesə qatılıb, sərəfli təklif verib və qalib olub. Amma udan şirkətin kimə məxsus olması məsələnin əksini deməyə də əsas yaradır.
Tribunainfo.az-ın əldə etdiyi bəzi məlumatlara görə, “Avtoyoltikintiservis” MMC-nin qanuni təmsilçisi Ramin Məmmədov Qobustanın icra başçısı Adil
Məmmədovun oğludur. Həmin məlumatlara görə, Ramin Məmmədov məhz atasının nüfuzu və vəzifəsindən istifadə edərək, əksər iri tenderlərin qalibi ola bilir. Güman ki, Raminin atasının icra başçısı olması səbəbindən Laçının icra başçısı Aqil Nəzərli də ona bu tenderi “hədiyyə” edib.
10Sources
-
yenilik.azİcra başçısının oğlu 700 minlik tender udub ( 15912897)
-
veteninfo.azLaçın icra hakimiyyəti tender keçirir, başçının oğlu qalib gəlir – Təsadüf, yoxsa…? ( 15907561)
-
azadmedia.azİcra başçısının oğlu 700 minlik tender udub » AzadMedia.az ( 15904431)
-
azadmedia.azİcra başçısının oğlu 700 minlik tender udub » AzadMedia.az ( 15904221)
-
turanpress.comİcra başçısının oğlu 700 minlik tender udub ( 15895347)
-
mia.azİcra Hakimiyyəti tender keçirir, icra başçısının oğlu qalib gəlir - Təsadüf, yoxsa...? ( 15893661)
-
mia.azİcra Hakimiyyəti tender keçirir, icra başçısının oğlu qalib gəlir - Təsadüf, yoxsa...? ( 15893635)
-
demokrat.azİcra başçısının oğlu 700 minlik tender udub ( 15892683)
-
yenisoz.azQobustanın icra başçısının da oğlu tender qalibi oldu... -Laçının abadlaşmasında... ( 15890751)
-
hurriyyet.azİcra başçısının oğlu 700 minlik tender udub ( 15889015)