EN

ECB faiz dərəcələrini 25 baza bəndi azaldı

Avropa Mərkəzi Bankı (ECB) üç əsas faiz dərəcəsinin hər birini 25 baza bəndi azaldıb.   Manset.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin məlumatında bildirilib. Depozitlər üzrə faiz dərəcəsi indi 2,5 %, əsas yenidən maliyyələşdirmə əməliyyatları (main refinancing operations, MRO) üzrə faiz dərəcəsi 2,65 %, marjinal kreditlər üzrə faiz dərəcəsi isə 2,9 % təşkil edir.

Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb.

Chosen
66
3
manset.az

4Sources