EN

"DİM" 70 min AZN-dən çox taksi pulu ödəyəcək

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi PHŞ-nin elan etdiyi tenderə yekun vurulub. 

Valyuta.Az xəbər verir ki, "DİM"in elan etdiyi tenderin qalibi "Enar Taxi" MMC olub və tərəflər arasında 76.650 AZN dəyərində müqavilə bağlanıb. 

Məlumata əsasən, taksi şirkətinə bu məbləğ imtahanların keçirilməsinə cəlb edilən şəxslərin və imtahan materiallarının Bakı şəhəri ətrafı və şəhər daxili imtahan binalarına çatdırılması və geri qaytarılması xidmətini satın alınması müqabilində ödəniləcək.

Rəhim

Chosen
66
valyuta.az

1Sources