"Azərbaycan və Türkiyə liderlərinin qarşılıqlı formatda həyata keçirdiyi hər bir səfər mühüm əhəmiyyət kəsb edir, dost-qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsinə öz töhfəsini verir. Bu mənada ötən gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Türkiyəyə etdiyi işgüzar səfər də xüsus əhəmiyyət daşıyırdı"
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, səfər çərçivəsində İqdır-Naxçıvan qaz xəttinin istifadəyə verilməsi iki dost-qardaş ölkə arasında enerji sektorunda əməkdaşlığın hər ötən gün yeni bir mərhələyə qədəm qoyduğunu, bu əlaqələrin yeni-yeni imkanlara yol açdığını sübuta yetirir: