EN

Müddətsiz əlillik təyinatı ilə 30 il müavinət alan şəxsin pulu kəsilib ŞİKAYƏT/VİDEO

Birinci Qarabağ müharibəsindən sonra əlilliyi müəyyən edilmiş şəxsin müavinəti 1 ildir ki, kəsilib.

Xezerxeber.az-ın məlumatına görə, Masallı rayon sakini Mübariz Salayevin 30 ildir aldığı müavinət dayandırılıb.

Mübariz Salayev deyir ki, Birinci Qarabağ müharibəsi zamanı aldığı xəsarətlərlə əlaqədar 30 il əvvəl ona 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Səhhətindəki problemlərlə əlaqədar müvafiq komissiyalardan keçdikdən sonra əlilliyi müddətsiz olaraq rəsmiləşdirilib. Lakin ötən ilin əvvəllərində əlillik hüququndan məhrum edilib.

Şikayətçi deyir ki, ondan tələb olunan digər sənədləri də komissiyaya təqdim edib və ona yenidən yoxlanışa çağrılacağına dair vəd verilib. İndi Mübariz Salayev yenidən komissiyaya çağırılmasını və sağlamlıq vəziyyəti nəzərə alınmaqla əlillik dərəcəsinin bərpa olunmasını istəyir.

Vətəndaşın problemi ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirildi ki, Masallı rayon sakini 1975-ci il təvəllüdlü Salayev Mübariz Həmdulla oğlu əlilliyinin qiymətləndirilməsi ilə 3 dəfə əyani müayinə edilib. Agentliyin həkim-ekspertlərinin hər üç əyani müayinəsi zamanı vətəndaşın hazırkı sağlamlıq vəziyyətinin əlillik təyinatına əsas vermədiyi müəyyən edilib. Bu səbəbdən "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
17
xezerxeber.az

1Sources