EN

Bakıda güclü partlayış baş verib, yaralılar var VİDEO

Bakıda evdə qaz sobası yandırılarkən güclü partlayış olub.

Xezerxeber.az-ın məlumatına görə, 5 nəfərin xəsarət alması ilə nəticələnən hadisə gecə paytaxtın Sabunçu rayonunda baş verib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri  rayonun Yusif Qasımov küçəsində partlayışın baş verdiyi əraziyə cəlb olunublar. Qonşular deyirlər ki, partlayışın dalğasının təsirindən evdə 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.

Məlum olub ki, ümumi sahəsi 80 kv/m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evinə ciddi zərər dəyib. Xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Yaralılar hadisə yerinə gələn təcili tibbi yardım avtomobilləri ilə xəstaxanaya aparılıblar. TƏBİB-dən bildirilib ki, xəsarət alanlardan 4 nəfər 3-ü qadın, 1-i kişi olmaqla onlar Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunublar. Hazırda onlardan birinin vəziyyəti kritik ağır, digər 3 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir. Həmin şəxslər reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir. 1 nəfərə isə hadisə yerində yardım göstərilib.

Hadisə zamanı yaxınlıqdaki fərdi evlərə də zərər dəyib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
14
xezerxeber.az

1Sources