FİFA dünya çempionatında komanda sayının artırılmasını müzakirə edir. Msport.az xəbər verir ki, 2030-cu ildə keçiriləcək mundialda komandaların sayı 48-dən 64-ə artırıla bilər.
Bu ideyanı Uruqvay Futbol Federasiyasının nümayəndəsi irəli sürüb. Qeyd edək ki, 1930-cu ildə ilk dünya çempionatı məhz Uruqvayda təşkil olunmuşdu.
FİFA prezidenti Canni İnfantino bu təklifin geniş təhlilə ehtiyacı olduğunu bildirib.
Qeyd edək ki, 2026-cı ildə keçiriləcək dünya çempionatında ilk dəfə 48 komanda mübarizə aparacaq.