EN

Ağdamda yol qəzası: ölən və yaralanan var

Ağdamda yol-nəqliyyat hadisəsi qeydə alınıb...

Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə işğaldan azad olunmuş Ağdam- Füzuli yolunda baş verib.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarət alıb.

Hazırda təcili tibbi yardım bölməsinin 2 avtomobili hadisə yerinə çağrılıb.

Faktla bağlı araşdırma başlanıb, ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Poliqon.info 

Chosen
9
2
poliqon.info

4Sources