EN

Bəzi ölkə vətəndaşları üçün ABŞ-a giriş qadağası qüvvəyə minir

Artıq gələn həftə Pakistan və Əfqanıstan vətəndaşları üçün ABŞ-a giriş qadağası qüvvəyə minə bilər.

Bu barədə Reuters-ə üç məlumatlı mənbə bildirib və qeyd edib ki, bu qadağa digər ölkələrin vətəndaşlarına da şamil oluna bilər, baxmayaraq ki, agentliyin mənbələri hansıların olduğunu dəqiqləşdirməyib.

Yeni qadağa Xüsusi İmmiqrant Viza proqramı çərçivəsində artıq Birləşmiş Ştatlara giriş icazəsi almış on minlərlə əfqan üçün ciddi nəticələr verə bilər. Bu proqram çərçivəsində vizalar 2021-ci ildə Taliban hərəkatı hakimiyyətə gələnə qədər Amerika hökumətinə yardım etmiş Əfqanıstan vətəndaşlarına verilir. “Reuters” xatırladır ki, oxşar qadağalar Donald Trampın ilk prezidentlik dövründə, əsasən müsəlman olan yeddi ölkənin vətəndaşlarına tətbiq edilib. Siyasət zamanla çoxsaylı dəyişikliklərə məruz qalmış və 2018-ci ildə ABŞ Ali Məhkəməsi tərəfindən təsdiq edilib. Bununla birlikdə, 2021-ci ildə Bayden administrasiyası qadağanı ləğv edib və bunu “millətimizin vicdanına ləkə” adlandırıb.

//Samir Qurbanov, Editor.az

Chosen
33
1
editor.az

2Sources