Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, qondarma rejimin qanunsuz silahlı birləşmələrində “komandanın 1-ci müavini”, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş təqsirləndirilən şəxs Davit Manukyan ifadə verib.
O, Birinci Qarabağ müharibəsi zamanı sıravi əsgər olduğunu xatırladaraq bildirib:
“Mən siravi əsgər statusunda olmuşam, döyüş əməliyyatlarında iştirak etmişəm. 1993-cü il fevralın 28-də Ağdərə istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə qayıtmışam…Müharibədən sonra da xidmətə davam etmişəm, zabit rütbəsi almışam”.
Təqsirləndirilən şəxs qondarma rejimin “Təhlükəsizlik Şurası”nın iclaslarında iştirak etmədiyini vurğulayaraq deyib:
“İclaslarda əsas üzv, müşahidəçi qismində iştirak etməmişəm, onun keçirildiyi barədə də məlumatım olmayıb”
Mənbə: globalinfo.az