Serbiya Prezidenti Aleksandr Vuçiç martın 7-də Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə edəcəyinə ümidvar olduğunu bildirib.
Bu barədə Serbiya KİV məlumat yayıb.
“Sabah günorta Putinlə danışacağam”, – Vuçiç deyib.
Onun sözlərinə görə, Serbiya ilə Rusiya arasında ikitərəfli münasibətlərin, xüsusilə qaz təchizatı məsələsinin, Serbiyanın NİS enerji şirkəti ətrafındakı vəziyyətin, eləcə də bir sıra siyasi məsələlərin müzakirəsi planlaşdırılır.