Bu baradə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik hadisələrin xronologiyasını da bərpa edib.
Əvvəlcə Baçiaşvili gizli şəkildə ölkədən getməsinə kömək etmək istəyən adam tapıb. Xidmətlərinə görə ona pul vəd edib. Köməkçinin razılığını alan Baçiaşvili ondan tünd rəngli “Toyota Camry” almasını istəyib və bunun üçün pul verib. İvanişvilinin keçmiş partnyorunun göstərişi ilə köməkçisi gecə və gündüz bir neçə dəfə Ermənistanla sərhədi keçib. Videoregistratordan istifadə edərək oradakı vəziyyəti lentə alıb.
Daha sonra Baçiaşvili “Toyota”da gizlənmək üçün yer düzəldib, onu arxa oturacaqla baqajın arasına qoyub. Baçiaşvili ona sığınıb və beləliklə, Gürcüstanı tərk edib. Daha sonra Ermənistana getmək üçün o, gizləndiyi yerdən çıxıb və Rusiya pasportunu göstərib. İrevan hava limanına gələn Baçiaşvili köməkçisinə göstərdiyi xidmətlərə görə pul verib və Gürcüstanı tərk etməyi tövsiyə edib, özü də üçüncü ölkəyə uçub.
Lakin köməkçi bu planı həyata keçirə bilməyib: o, Türkiyə ilə sərhəddə saxlanılıb. Axtarış zamanı onun üzərindən 4 min dollardan bir qədər çox pul və avadanlıq tapıblar.
//Samir Qurbanov, Editor.az