EN

Rusiyada Heydər Əliyevin xatirəsi qorunur -Mariya Zaxarova

Rusiyada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi qorunur. Bunu martın 6-da keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vestnik Kavkaza”nın müxbirinin sualını cavablandırarkən deyib.

“Ölkəmiz bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyət və dövlət xadiminin xatirəsini qoruyub saxlayır, ona böyük hərarət və hörmətlə yanaşır. Yəqin xatırlayırsınız ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində onun anadan olmasının yüz illiyi ilə bağlı anım tədbirləri keçirilib”, – Mariya Zaxarova bildirib.

O, qeyd edib ki, iki gün əvvəl rəmzi daşın qoyulması baş tutub və abidənin qoyulması Moskva və Bakı üçün çox mühüm mədəni-humanitar hadisəyə çevriləcək. “Yeri gəlmişkən, bu, yeganə layihə deyil. Daha çox olacaq. Ümid edirəm ki, onlar inkişaf edəcəklər”, – rusiyalı diplomat yekunlaşdırıb.

//Samir Qurbanov, Editor.az

Chosen
23
editor.az

1Sources