EN

"Barselona" yeni ulduzla müqavilə imzalayacaq

"Barselona" heyətini gücləndirmək məqsədilə transfer variantlarını araşdırır.

90deqiqe.Az "Fichajes"ə istinadən xəbər verir ki, Kataloniya klubu, bu yay "Mançester Siti"də planlaşdırılan restrukturizasiyadan yararlanmaq niyyətindədir. Belə ki, "Barselona" "Mançester Siti" ilə Bernardo Silvanın transferi ilə bağlı danışıqları bərpa edib.

İngiltərə klubunun nümayəndələri artıq 30 yaşlı yarımmüdafiəçinin agenti ilə əlaqə saxlayıb və tərəflər transferin bütün şərtləri barədə razılığa gəliblər. Əgər hər şey plana uyğun getsə, Silvanın transferinin dəyəri təxminən 50 milyon avro olacaq.

Bernardo Silva 2017-ci ildən bəri "Mançester Siti"nin oyunçusudur. Onun mümkün transferi "Barselona"nın gələcək mövsümdə heyətini gücləndirməyə yönəlmiş addımı kimi qiymətləndirilir.

Chosen
29
90deqiqe.az

1Sources