İspaniya millisinin sabiq futbolçusu Alvaro Neqredo karyerasını bitirib.
İdmanxeber.az-ın məlumatına görə, 39 yaşlı futbolçu yaşıl meydanlarla vidalaşıb. Neqredo “Mançester Siti”nin heyətində 2013/2014 mövsümündə İngiltərə çempionluğunu və Liqa Kubokunu qazanıb.
O, İspaniya millisində 21 oyun keçirib və 10 qol vurub. O, yığmanın heyətində 2012-ci ildə Avropa çempionu olub.