EN

Ukrayna cəbhə üçün "İTİ GÖZ" AXTARIŞINA ÇIXDI

"Kiyev Vaşinqtonun Ukrayna tərəfinə ötürülməsini məhdudlaşdırmaq qərarından sonra alternativ kəşfiyyat mənbələri axtarır".

Publika.az yerli KİV-ə istinadla xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.

“Kəşfiyyat məlumatlarının mübadiləsi, onun necə məhdudlaşdırılacağı barədə hələ məlumat almamışıq. Amma biz artıq alternativlər üzərində işləyirik”, - deyə Umerov Almaniyanın müdafiə naziri Boris Pistorius ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, lazım gələrsə, Almaniyadan da məlumatlar tələb olunacaq.

Chosen
21
1
publika.az

2Sources