EN

Siyarto Avropa Komissiyasını yalan danışmaqda və Aİ ölkələrinin maraqlarını tapdalamaqda ittiham edib

Avropa Komissiyası enerji ilə bağlı məsələlərin müzakirəsində Macarıstanı aldatmağa çalışır və Avropa dövlətlərinin maraqlarını Ukraynanın xeyrinə tapdalayır.

NOCOMMENT.az xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Slovakiyada keçirdiyi mətbuat konfransında bildirib.

Siyasətçinin sözlərinə görə, Avropa Komissiyası (AK) Bratislavanın guya bunu istəmədiyini əsas gətirərək Budapeştin Ukrayna ərazisindən qaz tranzitinin bərpası ilə bağlı danışıqlarda iştirakına icazə verməyib.

“Onlar bizim o qədər axmaq olduğumuzu düşünürlər ki, bir-birimizlə demək olar ki, danışmırıq. <…> Onların Brüsseldə yalan danışdıqları tamamilə aydın idi, çünki danışıqlara birlikdə gedəcəyimizlə bağlı razılaşmamız var idi, lakin bizi ora dəvət etmədilər”, – deyə Siyarto bildirib.

O əlavə edib ki, Macarıstanın təhlükəsizliyi mütəmadi olaraq Ukrayna və AK tərəfindən təhdid edilir və sonuncu ümumiyyətlə Kiyevin maraqlarını Aİ üzvlərinin istəklərindən üstün tutur və bu, “qəbuledilməzdir”.

Chosen
17
1
nocomment.az

2Sources