EN

​Cənubi Koreya ordusu səhvən bomba atdı, 15 nəfər yaralandı

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin səhv bomba atması nəticəsində yaralıların sayı 15-ə çatıb. Metbuat.az xəbər verir ki, KF-16 qırıcısı hərbi təlim zamanı nəzərdə tutulan ərazidən kənara 8 bomba atıb. Hadisə Cənubi Koreyanın Şimali Koreya sərhədinə yaxın Poçeon şəhərində baş verib. Mülki əraziyə düşən 8 bombadan yalnız birinin partladığı bildirilir. Yerli dairələrin məlumatına görə, partlamamış bombaları təhlükəsiz şəkildə zərərsizləşdirmək üçün işlər davam edir. Bölgədəki sakinlərin təxliyə edildiyi bildirilib.

Cənubi Koreya Hərbi Hava Qüvvələri məsələ barədə araşdırma aparıldığını, dəyən zərərə görə üzr istəyəcəklərini və zərər çəkənlərə təzminat ödəyəcəklərini açıqlayıb.

Chosen
23
metbuat.az

1Sources