EN

"Kriştianu onlardan az da olsa, geri qalır" -Fabio Kapello

Tanınmış italiyalı mütəxəssis Fabio Kapello "Əl-Nəsr"in portuqaliyalı superulduzu Kriştianu Ronaldunun özünü tarixin ən yaxşı futbolçusu hesab etdiyini dilə gətirməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Flashscore" belə çatdırıb:

"Bu ada layiq olan biri özünü belə adlandırırsa, deməli, başqalarının fikirlərinə məhəl qoymur. Məncə, Ronaldu bir qədər şişirdib.

Ronaldu inanılmaz motivasiyası, istəyi olan böyük futbolçudur. Amma mən fenomenlərən  danışıramsa, Pele, Messi və Maradonanın adını çəkirəm. Onlarla yanaşı qoyduğum digər oyunçu isə gombul Ronaldodur... Fenomen Ronaldonu nəzərdə tuturam. Kriştianu onlardan az da olsa, geri qalır".

Nihat

Chosen
17
fanat.az

1Sources