EN

“Fənərbağça” uduzdu, “Mançester Yunayted” “Real Sosyedad”la heç-heçə etdi - YENİLƏNİR

UEFA Avropa Liqasında bu gün 1/8 final mərhələsinin ilk matçlarına start verilib.

90deqiqe.Az-ın məlumatına görə, “Fənərbağça” doğma azarkeşləri önündə Şotlandiya “Reyncers”ini qəbul edib. Görüşdə İstanbul təmsilçisi 3:1 hesablı məğlubiyyətə üzülüb.

"Tottenhem" səfərdə "AZ"ın qonağı olub və minimal hesabla uduzub.

“Mançester Yunayted” səfərdə “Real Sosyedad”la qarşılaşıb və bu görüşdə qalib müəyyənləşməyib.

"Lion" isə səfərdə FCSB-nin qonağı olub və böyükhesablı qələbə qazanıb.

“Atletik” isə “Roma”nın qonağı olacaq.

UEFA Avropa Liqası

1/8 final, ilk oyunlar

6 mart

21:45. AZ (Niderland) - “Tottenhem” (İngiltərə) - 1:0

21:45. “Real Sosyedad” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 1:1

21:45. FCSB (Rumıniya) - “Lion” (Fransa) - 1:3

21:45. “Fənərbağça” (Türkiyə) - “Reyncers” (Şotlandiya) - 1:3

 

00:00. “Viktoriya” (Çexiya) - “Latsio” (İtaliya)

00:00. “Budyo Qlimt” (Norveç) - “Olimpiakos” (Yunanıstan)

00:00. “Ayaks” (Niderland) - “Ayntraxt” (Almaniya)

00:00. “Roma” (İtaliya) - “Atletik” (İspaniya)

Chosen
53
40
90deqiqe.az

10Sources