EN

Çinin müharibə mesajına ABŞ-dən reaksiya

ABŞ-nin müdafiə naziri Pete Heqset, Çin rəsmilərinin Vaşinqtonla hər cür müharibəyə hazırıq ifadələrinə reaksiya verib. Metbuat.az xəbər verir ki, o bildirib ki, ABŞ də hər cür müharibəyə hazırdır. “Fox News”a danışan Heqsetin sözlərinə görə, ABŞ müharibə istəməsə də, istənilən həmləyə cavab verə bilər. O, “Sülh istəyənlər müharibəyə hazır olmalıdırlar. Biz hazırıq. Çin və ya hər hansı başqa ölkəyə qarşı çəkindirici olmaq istəyiriksə, güclü olmalıyıq. Buna görə də ordumuzu yenidən qururuq" - deyə bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Çinə əlavə gömrük vergisi tətbiq etməsinə Pekin, “hər cür müharibəyə hazırıq” deyə reaksiya vermişdi.

Chosen
17
metbuat.az

1Sources