UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına bu gün start veriləcək.
90deqiqe.Az-ın məlumatına görə, “Fiorentina” səfərdə “Panatinaikos”un qonaöı olub və məğlubiyyətə üzülüb.
“Çelsi” də səfərdə “Kopenhagen”lə üz-üzə gəlib və çətin qələbəyə sevinib.
"Betis" doğma azarkeşləri önündə “Vitoriya”nı qəbul edib. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
"Legiya" isə səfərdə "Molde"nin qonağı olub. Beş qolluq görüşdə meydan sahibləri qələbəyə sevinən tərəf olub.
UEFA Konfrans Liqası
1/8 final, ilk oyunlar
6 mart
21:45. “Betis” (İspaniya) - “Vitoriya” (Portuqaliya) - 2:2
21:45. “Panatinaikos” (Yunanıstan) - “Fiorentina” (İtaliya) - 3:2
21:45. “Molde” (Norveç) - “Legiya” (Polşa) - 3:2
21:45. “Kopenhagen” (Danimarka) - “Çelsi” (İngiltərə) - 1:2