İranın paytaxtı Tehranın şərqindəki hərbi obyektlərdən birində yanğın, ardınca isə partlayış baş verib. Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir hərbçi ölüb. Həmçinin yanğının söndürülməsinə cəlb olunan briqadanın on üzvü xəsarət alıb. Onlardan altısı xəsətəxanaya yerləşdirilib. Hadisənin səbəbi hələ məlum deyil.