EN

“Qəzzada içməli suyun 98%-i çirklənib” – KİV


“Hazırda Qəzzada demək olar ki, bütün içməli su çirklənib və istifadəyə yararsızdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Onun mənbələrinə görə, anklavdakı bütün suyun 98%-i çirklənib ki, bu da sektorda müxtəlif xəstəliklərin yayılmasına səbəb ola bilər. Eyni zamanda, Qəzzanın səhiyyə sisteminə də döyüşlər ciddi ziyan vurub: xəstəxanalar, kanalın iddiasına görə, yalnız bu yaxınlara qədər Misir və İordaniyadan anklavlara çatdırılan humanitar yardım sayəsində fəaliyyət göstərir. Lakin İsrailin Qəzza zolağı ilə sərhəddəki bütün keçid məntəqələrini bağlaması və ora humanitar yardımların idxalını dayandırması fonunda vəziyyət daha da mürəkkəbləşir. Nəşr qeyd edir ki, yardımların çatdırılması bərpa olunmasa, tibb müəssisələri Qəzzalılara maksimum iki həftə daha yardım göstərə biləcək.
Chosen
29
yeniavaz.com

1Sources