Azərbaycanlı döyüşçü Rafael Fiziyev UFC313 yarışı ərəfəsində fotosessiyada iştirak edib.
Offsideplus.az xəbər verir ki, fotosessiyada məqsəd idmançımızın döyüşöncəsi real fiziki formasını göstərmək olub. Onunla paralel, rəqib, ABŞ təmsilçisi Castin Qeyci də obyektivlərin önünə keçib.
Qeyd edək ki, Qeyci - Fiziyev döyüşü martın 9-da baş tutacaq. ABŞ-ın Las Veqas şəhərindəki "T-Mobile Arena"da təşkil olunan görüş Bakı vaxtı ilə təxminən səhər saat 7 radələrində olacaq.
Xatırladaq ki, Rafael 2023-cü ilin martında Qeyciyə hakimlərin yekdil qərarı ilə uduzub.