EN

İranda hərbi obyektdə partlayış olub, ölən və yaralananlar var

İranın paytaxtı Tehranın şərqindəki hərbi obyektlərdən birində yanğın, ardınca isə partlayış baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir hərbçi ölüb.

Həmçinin yanğının söndürülməsinə cəlb olunan briqadanın on üzvü xəsarət alıb.

Onlardan altısı xəsətəxanaya yerləşdirilib.

Hadisənin səbəbi hələ məlum deyil.

Chosen
57
13
demokrat.az

10Sources