EN

Neft-qaz şirkəti işçilər axtarır - VAKANSİYALAR

Oil & Gas Industry

Kimyəvi Təhlil üzrə Laborant

Son tarix 06 apr 2025 Müraciət et

Vəzifənin məqsədi

ISO/IEC 17025 standartına, şirkətin siyasətinə və beynəlxalq standartlara uyğun olaraq müntəzəm və ya qeyri-müntəzəm nümunələrin/sorğuların olub-olmamasından asılı olmayaraq standart tələblərə və ya texniki spesifikasiyalara əsasən analizlərin aparılmasına və tələb edilən sınaqların aparılmasını və Laboratoriya avadanlıqlarına texniki xidmətin göstərilməsi, kalibrlənməsi və sınaqdan keçirilməsi üzrə bütün aspektlərin həyata keçirilməsini təmin edir.

Vəzifə öhdəlikləri

  • Laboratoriyanın iş təlimatlarına uyğun olaraq kimyəvi reagentləri, məhlulları və iş standartlarını hazırlayır.
  • Vəzifəni icra edən şəxs laboratoriyadakı müxtəlif cihazlara cavabdehdir və cihazın təyinata uyğun olmasını təmin etmək üçün məsuliyyət daşıyır; digər istifadəçilər təlim keçməsini, qeydiyyat jurnalının müvafiq qaydada idarə edilməsini, bütün texniki xidmət qeydlərinin mövcud olmasını təmin etməlidir.
  • Əsas texniki xidmət işləri ilə müxtəlif cihazlar üzrə öhdəlikləri yerinə yetirir və problemlər barədə xüsusi mütəxəssis qrupuna və ya nəzarətçilərə məlumat verməzdən əvvəl nasaz cihazda qüsurların tam araşdırılmasını həyata keçirir. Təyin edilmiş cihazların vəziyyətinə nəzarət edir və yoxlayır, iş təlimatlarında, prosedurlarda və ya texniki xidmət planında göstərildiyi kimi laboratoriya analizlərinin etibarlılığını təmin etmək üçün lazımi kalibrləmə və analitik metodların icra göstəriclərinin yoxlanmasını həyata keçirir.
  • Növbənin təhvil verilməsi ilə bağlı hesabatların təqdim edilməsinə və  növbəti işçilərinə çatıdırlmasına cavabdehdir.  
  • Laboratoriya Məlumatlarının İdarə Edilməsi Sistemi (LIMS) və ISO/IEC 17025 tələblərinə uyğun olaraq Laboratoriya siyasətləri və proseduralarının işlənib hazırlanmasına və həyata keçirilməsinə kömək edir.
  • Laboratoriya işləri ilə bağlı Laboratoriya sənədlərini, məs. proseduraları, iş təlimatlarını, analitik avadanlıqlar üzrə istismara dair təlimat kitablarını oxuyur, başa düşür və yeniləyir. 
  • Təsdiq olunmuş proseduralara əsasən alınmış nümunələri sistematik olaraq qeydiyyata alır.  
  • Yüksək təzyiqlə və kükürdtərkibli maddələrlə aparılan işlər üçün bütün SƏTƏM-in müvafiq təhlükəsizlik qaydalarına uyğun olaraq işləri yerinə yetirir, təhlükəsizlik mədəniyyətini dəstəkləyir və iş proseslərini və təcrübələrini yeniləyir; Laboratoriyada istifadə olunan materialların kimyəvi cəhətdən təhlükəli olmasından məlumatlı olmalıdır.
  • Kimyəvi tullantılarının idarə edilməsi, SƏTƏM məsələləri və enerji daşıyıcıları üzrə xidmətlərin təmin edilməsi də daxil olmaqla, bütün Laboratoriya bölmələri və ərazilərdə müvafiq təsərrüfat işlərini əlaqələndirir. 
  • Ölçmələrin keyfiyyətli və vaxtında təmin etmək və müvafiq ekoloji tullantıların ayrılmasını təmin etmək və qrup daxilində ixrac məhsullarına keyfiyyətini sertifikatı vermək  məqsədilə enerji daşıyıcıları axınlardan, ətraf mühit tullantıları axınlarından, ixrac məhsullarından və aralıq axınlardan ibarət nümunə və analiz planını icra edir.
  • KT/KN tələblərinə müvafiq olaraq nəticələri nəzərdən keçirir və tendensiyaları müşahidə edir
  • Laboratoriyanın iş təlimatlarına, yoxlamalara, kalibrləmə və texniki xidmət planlarına uyğun olaraq avadanlıqlar üzrə texniki xidmət işlərində iştirak edir.
  • Alətlərdən və Laboratoriya şüşə qablarından düzgün istifadə olunmasına, nümunələrin və Laboratoriya avadanlıqlarının idarə edilməsinə görə məsuliyyət daşıyır.
  • Etibarlılığı və optimallaşdırmanı təmin etməklə Laboratoriya analizləri üzrə iş təlimatlarının, auditlərin, təhlillərin və qeydiyyat jurnallarının hazırlanmasında iştirak edir.
  • Şirkətin bütün siyasətlərinə, təhlükəsizlik standartlarına, müvafiq təsərrüfat işləri üzrə təcrübəyə riayət edir.
  • Laboratoriyanın İcazələr Matrisasında qeyd olunmuş elementlərə və səlahiyyətlərə görə məsuliyyət daşıyır. 
  • Fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə olunmasına riayət edir.

Tələblər:

  • Kimya, neft və qaz sahəsi üzrə minimum orta ixtisas təhsili
  • Neft və qaz üzrə və ekoloji tədqiqatlar üzrə laboratoriyalarda minimum 1 il iş təcrübəsi
  • Beynəlxalq və dövlət standartları üzrə sınaq proseduralarına (ASTM, IP, UOP, APHA, ISO, GOST) dair biliklər
  • Təyin olunduğu bölməyə uyğun olaraq neft və/və ya suyun sınaqdan keçirilməsi və/və ya xam neft, nafta, dizel, sürtkü yağları, qaz tərkibli nümunələr, su əsaslı nümunələrin analizi ilə əlaqədar mikrobioloji sınaq avadanlıqlarında işləmək bacarığı
  • Laboratoriya avadanlığının istismarı, kalibrlənməsi və onlara texniki xidmət sahəsində təcrübə
  • Laboratoriya avadanlığının istismarı, nasazlıqların aşkarlanması və aradan qaldırılması üzrə təcrübəyə malik olmalıdır
  • Təqdimatlar hazırlamaq və səmərəli hesabatlar yazmaq daxil olmaqla, həm yazılı, həm də şifahi ünsiyyət bacarığı.

 

Proses analizatoru üzrə texnik QMI

 Son tarix 06 apr 2025 Müraciət et

Vəzifənin məqsədi

Laboratoriyanın Proses analizator cihazları üzrə qrupun tabeçiliyində olur və Proses analizatoru ilə dövri yoxlamalara və texniki xidmət üzrə işlərə görə məsuliyyət daşıyır.   Bu xidmətlər zəruri hallarda şirkətin qaydalarına, Azərbaycan Respublikasının qanunlarına və ISO/IEC 17025 standartının ən son versiyasına və əlaqədar ISO/ASTM metodlarına uyğun aparılmalıdır. 

Vəzifə öhdəlikləri

  • Laboratoriyanın iş təlimatlarına uyğun olaraq kimyəvi reagentləri, məhlulları və işçi standartları hazırlayır.
  • Əsas texniki xidmət işləri ilə müxtəlif proses analizatorları üzrə öhdəlikləri yerinə yetirir və problemlər barədə Proses analizatorları (QMI) üzrə mütəxəssis qrupuna və ya nəzarətçilərə məlumat verməzdən əvvəl nasaz cihazda qüsurların tam araşdırılmasını həyata keçirir.  
  • Təyin edilmiş cihazların vəziyyətinə nəzarət edir və yoxlayır, iş təlimatlarında, prosedurlarda və ya texniki xidmət planında göstərildiyi kimi sahə analizlərinin etibarlılığını təmin etmək üçün lazımi kalibrləmə və analitik metodların icra göstəricilərinin yoxlanmasını həyata keçirir.
  • Bütün qabaqlayıcı tədbirlər və nasazlıqlara texniki xidmət prosesləri SƏTƏM qaydalarına uyğun olaraq həyata keçirilməlidir ki, bu da hər bir analizator sistemi üzrə risklərin qiymətləndirilməsini, "hündürlükdə" və "qapalı sahələrdə" yerinə yetirilən işləri əhatə edir.
  • Bütün  Proses analizatorları üzrə sahə işləri ilə əlaqədar Laboratoriya rəhbərliyi ilə gündəlik əlaqəni təmin etmək.  
  • Laboratoriyanın işləri ilə bağlı Laboratoriya sənədlərini, məs. proseduraları, iş təlimatlarını, analitik avadanlıqlar üzrə istismara dair təlimat kitablarını oxuyur, başa düşür və yeniləyir. 
  • Əldə edilmiş nümunələri sistematik olaraq Laboratoriya Məlumatlarının İdarə edilməsi Sistemində (LIMS) qeyd edir, KT/KN tələblərinə müvafiq olaraq prosesdən kənar və analizatorlar arasında tendensiyalara nəzarət edir.
  • Proses analizatorları ilə əlaqədar proseduraları, iş təlimatlarını, proqramları və ya hər hansı xüsusi işlər üzrə hesabatları və ya müəyyən olunmuş təlimatları hazırlayır. 
  • Proses analizatorları üzrə nəticələri Laboratoriya Məlumatlarının İdarə Edilməsi Sistemində (LIMS) qeyd edir, daxil edir və hesabatı təqdim edir. Bütün qeydlərin həm çap olunmuş nüsxədə, həm də elektron formatda saxlanılmasını və bütün sənədlərin tam dəqiq olmasını təmin edir.
  • Qeyri-standart nəticələrlə bağlı tədqiqatlar aparır və nəzarət altında düzəldici və qabaqlayıcı tədbirlər görür. 
  • Laboratoriyanın iş təlimatlarına, yoxlamalara, kalibrləmə və texniki xidmət planlarına uyğun olaraq keyfiyyəti ölçmə cihazları üzrə texniki xidmət işlərində iştirak edir;
  • Laboratoriya Məlumatlarının İdarə Edilməsi Sistemində (LIMS) material-texniki təchizatın idarə edilməsi və ehtiyat balansı üzrə məlumatları yeniləyir, istehlak malları və ya kimyəvi maddələrin, ehtiyat hissələrin, laboratoriya şüşə qablarının, standart qarışıqların əldə edilməsi ilə bağlı məlumatları müvafiq qaydada qeyd edir.   
  • Cihazların/avadanlıqların vəziyyəti ilə bağlı yenilənmiş məlumatları nəzarətçiyə bildirir və cihazlarda yaranan hər hansı nasazlıq və ya ehtiyat hissələrinin, istehlak mallarının və reagentlərin çatışmazlığı barədə vaxtında məlumat verir. 
  • Alətlərdən və laboratoriya şüşə qablarından düzgün istifadə olunmasına, nümunələrin və proses analizatorlarının idarə edilməsinə görə məsuliyyət daşıyır.
  • Bütün texniki xidmət işlərinin proseduralara və təlimatlara uyğun aparıldığını yoxlayır. 
  • Təsdiq olunmuş proseduralara uyğun olaraq bütün analizator sistemlərinin mümkün qədər mövcud olmasını təmin etmək üçün davamlı monitorinq aparır. 
  • Nümunələrin idarə edilməsi sistemlərinin və qaz silindrlərinin dəyişdirilməsinin müntəzəm monitorinqini həyata keçirir.
  • Onlayn ölçmələrin dəqiqliyini təmin etmək üçün analizatorlarda kalibrləmə qazlarını təmin edir. 
  • Proses analizatorları üçün ehtiyat hissələrinin siyahısını tərtib edir.
  • Qabaqlayıcı və düzəldici tədbirlər zamanı texniki xidmət komandası ilə əlaqə saxlayır. 
  • Təchizatçının texniki məlumatlarına və istehsalçının spesifikasiyalarına əsasən profilaktik texniki xidmət və diaqnostika proseduralarını həyata keçirir
  • Biznes hədəflərinə çatmaq üçün uyğunlaşmanı, məqsədəuyğun keyfiyyətə nəzarəti və mənbələrə dəstəyi təmin edərək şöbə daxilində təhlükəsiz interfeysi idarə edir
  • Müxtəlif təchizatçılardan inteqrasiya edilmiş sistemlər üzrə ətraflı funksional sınaqlar aparır
  • Proses analizatorlarının Laboratoriya daxilində yoxlanılmasını idarə edir
  • Texnki xidmət qrafikinə uyğun olaraq təyin edilmiş tapşırıqları müntəzəm şəkildə izləyir və yeniləyir
  • Standart və təmir işlərini yerinə yetirmək üçün digər analizator texnikləri ilə bir komandada işləyir
  • Bütün işlərin təhlükəsiz iş proseduraları, təhlükəsiz işlərə icazələr və qaydalara uyğun olaraq yerinə yetirildiyini təmin edir 
  • Laboratoriya cihazları üzrə texniki xidmət işlərinə görə məsuliyyət daşıyır.
  • Təyin edilmiş laboratoriya cihazlarının bütün kalibrləmə vəziyyətlərinə nəzarət edir və Laboratoriya Mütəxəssisinə müntəzəm olaraq hesabat verir.
  • Şirkətin bütün siyasətlərinə, təhlükəsizlik standartlarına, müvafiq təsərrüfat işləri üzrə təcrübəyə riayət edir
  • Fərdi mühafizə vasitələrindən vaxtında və düzgün istifadə olunmasına riayət edir.

Tələblər

  • Kimya, elektrik, NÖC və ya mexaniki sahələr üzrə minumum peşə təhsili
  • Keyfiyyəti Ölçmə Cihazları, NÖC üzrə mühəndislik, laboratoriyalar, texniki xidmət və ya təminat sahələri üzrə minimum 1 il iş təcrübəsi
  • Cihazların sənədlərini, məs. sxemləri, spesifikasiyaları, boru birləşmələri və NÖC (P&ID) sxemlərini və bir xəttli sxemləri oxumaq qabiliyyəti
  • Analizatorlarda nasazlıqların və ya qüsurların səbəblərini diaqnostika etmək  və zəruri profilaktik texniki xidmət və düzəldici tədbirləri həyata keçirmək qabiliyyəti 
  • Proses analizatoru üzrə qabaqlayıcı və düzəldici texniki xidmət sahəsində təcrübə 
  • Microsoft Office proqramları üzrə işləmək bacarığı 
  • Proses analizatorlarının mexaniki və elektrik funksiyaları üzrə bilik 
  • Kimyəvi maddələr, qazlar və risklərlə işləmək bacarığı
  • Yaxşı təşkilatçılıq və komanda daxilində işləmək bacırığı
  • Bacarıq/ixtisas sahələri üzrə həmkarların inkişafına və təlim keçməsinə dəstək olmaq
Chosen
56
fed.az

1Sources