EN

Zelenski Ukrayna və ABŞ nümayəndələrinin görüşəcəyini təsdiqləyib

Kiyev, 7 mart, AZƏRTAC

“Ukrayna və Amerika nümayəndə heyətləri gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklər”.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib.

Dövlət başçısı qeyd edib ki, o martın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək, Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşəcək.

“Bundan sonra mənim komandam amerikalı tərəfdaşlarla işləmək üçün Səudiyyə Ərəbistanında qalacaq. Sülhdə ən çox Ukrayna maraqlıdır”, - deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna tez və etibarlı sülhə nail olmaq üçün müstəsna olaraq konstruktiv işləyir və çalışır.

Xatırladaq ki, Qərb mətbuatı martın 12-də Ukrayna və Amerika rəsmilərinin Səudiyyə Ərəbistanında görüşəcəyini yazmışdı.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Chosen
21
6
azertag.az

7Sources