EN

Goranboyda 65 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Goranboyda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1960-cı il təvəllüdlü Əliyev Paşa Yaşar oğlunu elektrik cərəyanı vurub. 65 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Chosen
13
4
yenisabah.az

5Sources