EN

KİV: "Ukrayna və ABŞ Ər-Riyadda keçiriləcək danışıqlara hazırdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Martın 11-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ABŞ ilə Ukrayna arasında danışıqlar baş tutacaq.
Oxu.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalının müxbiri Ceki Haynrix "X" sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, ABŞ tərəfini dövlət katibi Marko Rubio, prezidentin xüsusi elçisi Stiv Uitkoff və ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts təmsil edəcək.
Xatırladaq ki, fevralın 28-də Zelenski sazişi imzalamaq üçün Vaşinqtona gedib, lakin Ağ Evdəki tədbirdə Tramp və vitse-prezident Ceyms Devid Venslə aralarında baş verən mübahisədən sonra imzalanma ləğv edilib.
Chosen
192
50
oxu.az

10Sources