FIFA-ya 2030-cu ildə keçiriləcək dünya çempionatında yığmaların sayının 64-dək artırılması imkanını nəzərdən keçirmək təklif olunub.
Bu barədə hakimiyyet.az "The New York Times" nəşrinə istinadla xəbər verir.
Müvafiq təkliflə Uruqvayın nümayəndəsi çıxış edib. Nümayəndə 2030-cu ildə üç qitədə keçiriləcək mundialda yığmaların sayını 48-dən 64-dək artırmağı təklif edib.
FIFA prezidenti Canni İnfantino bu ideyanı maraqlı adlandırıb və onu öyrənməyi təklif edib.
Qeyd edək ki, Uruqvay DÇ-2030-un ev sahiblərindən biridir.