EN

Çin süni günəş hazırlayır

Çin 2050-ci ilə qədər “Süni günəş”i işə salacaq. 

News24.az xəbər verir ki, Çin süni enerji istehsal etmək üçün artıq nüvə sintezi texnologiyasını daha da çox tətbiq etməkdə qərarlıdır.

Çin nəzərdə tutduğu kimi XXI əsrin ortalarına qədər təmiz enerji yaratmaq üçün nüvə sintezi texnologiyasının istifadəsini planlaşdırır.

“Süni günəş” adlandırılan bu Çin qurğusu həddindən artıq qızdırılan plazmanı saxlamaq, eləcə də termonüvə reaksiyalarını saxlamaq üçün çox güclü maqnit sahəsindən istifadə edən cihazdır. 2023-cü ildə “CNNC China Fusion Corp.” belə bir texnologiyanın inkişafı üçün 240 milyon dollarlıq investisiya cəlb etdiyini bildirmişdi.

Hazırda yalnız bir neçə ölkə, o cümlədən də ABŞ, Rusiya və Cənubi Koreya nüvə sintezinin öyrənilməsində irəliləyişlər əldə edib. Bununla belə, Çin bu sahənin liderlərindən birinə çevrilmək məqsədilə elmi və texnoloji səylərini daha da fəal şəkildə artırır.

O da qeyd olunur ki, rəsmi Pekin nüvə sintezi ilə bağlı tədqiqatlardan əlavə, kiçik reaktorların istehsalını artırmağı və adi atom elektrik stansiyaları parklarını genişləndirməyi də planlaşdırır. Bu ölkə 2022-ci ildən bəri hər il təxminən 10 yeni nüvə reaktoru hazırlayır. Belə davam edərsə, 2030-cu ilə qədər Çin ABŞ-ı və Fransanı ötə biləcək və dünyanın ən böyük nüvə dövlətinə çevriləcək. /medianews.az


Chosen
35
news24.az

1Sources