Avropa Şurasının sədri Antonio Kosta Macarıstanın Ukrayna ilə bağlı sammitin qərarını əngəllədiyini təsdiqləyib, lakin Brüsselin Macarıstanın müqavimətinə qalib gələcəyinə əminliyini ifadə edib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə Aİ-nin fövqəladə müdafiə sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.Macarıstanın Ukrayna ilə bağlı sammitin qərarına veto qoyması ilə bağlı sualı cavablandırarkən Kosta deyib: "Bəli, Macarıstan buna qarşıdır. Macarıstanın Ukraynaya fərqli strateji yanaşması var, lakin o, Aİ daxilində təcrid olunub. Biz Macarıstanın yanaşmasına hörmət edirik, lakin 26-nın sayı 1-dən çoxdur".O qeyd edib ki, Aİ ölkələri Avropa blokunun martın 20-21-də keçiriləcək növbəti sammitində Ukraynaya dəstəyin müzakirəsinə qayıdacaqlar.