Bakı. Trend:
Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Korla şəhərindən 120 kmqərbdə 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddəntəxminən 366 km aralıda yerləşib.
Seysmik hadisənin episentrində təkanların intensivliyi MSK-64şkalası üzrə 5,8 bal təşkil edib.