EN

Böyük Britaniyanın müdafiə naziri Healey: "Ukraynaya müdafiə xərcləri ilə bağlı daha çox kömək edəcəyik"

Böyük Britaniyanın müdafiə naziri Con Healey Avropanın Ukraynaya dəstək və müdafiə xərclərini artırmaq üçün addımlar atdığını və daha da çox işlər görəcəklərini açıqlayıb.

Vaşinqtonda olan Healey ABŞ müdafiə naziri Pit Heqsətlə görüşdən əvvəl Pentaqonda jurnalistlərə danışıb.

"Operativ Media" xəbər verir ki, Healey bu səfəri ölkəsi ilə ABŞ arasında müdafiə əlaqələrini gücləndirmək üçün etdiyini bildirib.

Keçən ay NATO-da amerikalı həmkarı ilə görüşdüyünü xatırladan Healey, "Avropaya hərəkətə keçməyə meydan verdiniz. Bizdən Ukrayna, müdafiə xərcləri, Avropa təhlükəsizliyi ilə bağlı hərəkətə keçməmizi xahiş etdiniz və sizə deyirəm, biz hərəkətə keçdik, hərəkətə keçirik və addım atmağa davam edəcəyik" deyə bildirib.

İngiltərə Baş naziri Keir Starmerin keçən həftə Soyuq Müharibə bitdikdən sonra müdafiə xərclərinin ən böyük artımını açıqladığına işarə edən Healey daha da irəli gedəcəklərinin vurğulayıb.

Chosen
27
operativmedia.az

1Sources