EN

ABŞ Cənubi Afrikaya yardımı dayandırıb

Bakı. Trend:

ABŞ Dövlət Departamenti ABŞ-ın Cənubi Afrikaya yardımınınəhəmiyyətli hissəsinin dərhal dayandırılması barədə göstərişverib.

Trend-in məlumatına görə, bu barədə “The Guardian” qəzeti dövlətkatibi Marko Rubionun imzaladığı məktuba istinadən bildirib.

"Bütün bürolar, ofislər və missiyalar Cənubi Afrikaya yardımpaylamaq və ya kömək üçün bütün öhdəlikləri dayandırmalıdırlar", -deyə sənəddə bildirilib.

ABŞ prezidenti Donald Trampın 7 fevral tarixli sərəncamındaCənubi Afrika respublikanın ağdərili əhalisinə qarşı “irqiayrı-seçkilik”də ittiham edilib.

Chosen
47
az.trend.az

1Sources