EN

Avstraliyada siklon səbəbindən 83 mindən çox ev işıqsız qalıb

Bakı. Trend:

Avstraliya sahillərinə çatan "Alfred" tropik siklonu iləəlaqədar 83 mindən çox ev elektrik enerjisi xətlərindənkəsilib.

Trend-in məlumatına görə, bu barədə qitənin şərqində paylayıcışəbəkələrə xidmət göstərən "Essential Energy" enerji şirkəti xəbərverib.

Məlumata əsasən, martın 7-si səhər saatları ücün Yeni CənubiUels ştatında ən azı 43 000 ev və müəssisə işıqsız qalmışdı, dahaəvvəl isə Kvinslend ştatında daha 40 000 ev təsərrüfatları elektrikxətlərinə çıxışı itirmişdi.

"Siklonun yaxınlaşması nəticəsində hava şəraitinin kəskinşəkildə pisləşməsi ilə əlaqədar təmir briqadalarının işi gecəsaatlarında dayandırılıb", - deyə qeyd edilib.

Chosen
9
az.trend.az

1Sources