EN

Kanada ABŞ-yə qarşı tariflərin bir hissəsini təxirə salıb

Kanada hakimiyyət orqanları ABŞ-Kanada-Meksika Sazişinə (USMCA) uyğun gələn, yerli mallara rüsumları dayandırmaq qərarına cavab olaraq Amerika əleyhinə bəzi tariflərinin tətbiqini aprelin 2-dək təxirə salacaq.

“Report” xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Dominik Leblan “X” sosial şəbəkəsində yazıb.

"Birləşmiş Ştatlar aprelin 2-dək CUSMA müqaviləsinə (USMCA müqaviləsinin Kanadada yazılışı - red.) uyğun gələn Kanada ixracına tarifləri dayandırmağa razılaşıb. Nəticədə, Kanada 2 aprelə qədər ABŞ mallarına 125 milyard dollar (Kanada) (87 milyard dollar) tariflərinin ikinci hissəsini tətbiq etməyəcək", - paylaşımda deyilir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Kanada və Meksikadan üçtərəfli ticarət sazişinə daxil olan mallara 25 faizlik idxal rüsumunun tətbiqinin aprelin 2-dək təxirə salınması barədə sərəncam imzalayıb. ABŞ lideri bu tarixdən sonra belə güzəştlərin olmayacağını vurğulayıb.

Chosen
63
2
report.az

3Sources